“Rəqsanəni bundan da betər günə qalsın” - QALMAQAL + VİDEO
“Tarixin bir günü” proqramına qonaq olan aktyor və müğənni Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanı sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, S.Kərəmoğlu Rəqsanənin ona şər atdığını bildirib.
“Rəqsanəni görsəm, salamlaşmaram. Sırf o xanım üçün demirəm, amma qozbeli qəbir də düzəltmir, qozbel olaraq qalır. İnsanın başına nə gəlirsə gəlsin, xarakter, xasiyyət insanda olduğu kimi qalır, qəbir evinəcən eyni qalır. Çünki xasiyyət və xarakter insana ana bətnində olarkən verilir. Bir insan sənə şər atırsa, başını əhlət daşına vursan da, şər atacaq. O xanım illərdir, mənə şər atır. Mən onun qızını (Aysun İsmayılova –red) yüksəltmək üçün demişəm ki, anası (Rəqsanə İsmayılova-red) ölə, gəbərə inanmaram, amma o qıza inanıram, o, ailə qurub, xanım olmaq istəyir. Mən əslində onun qızını yüksəldirəm, bu isə övladını kənara itələyib deyir ki, “sən mənə niyə inanmırsan ki?”.
Bir də demişəm ki, ərə getdiyi bəyi tanıyıram, simsarlığımız da var, atasını da tanıyıram, ancaq mən o bəyə güvənmirəm. Yenə də çıxıb efirdə şər atır ki, guya mən demişəm ki, onun qızının toyu saxtadır. O insana mənim bu gün arzum bilirsiniz nədir? Bundan da pis günə qalsın! Çünki o, mənə şər atır, haqqıma girir” – S.Kərəmoğlu qeyd edib.
Banu