Hulya Avşar futbol klubunun prezidenti olacaq
Türkiyənin tanınmış aktrisası və müğənnisi Hülya Avşara futbol klubunun prezidenti ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, maliyyə böhranı ilə üzləşən “Serhat Ardahanspor” klubunun rəhbərliyi komandanı çətin vəziyyətdən çıxarmaq və onun brend dəyərini artırmaq məqsədilə H.Avşara klub prezidentliyi təklif etmək qərarına gəlib.
Bölgə Həvəskarlar Liqasında çıxış edən komandanın klub müdiri Özkan Karakaya bildirib ki, idarə heyəti Hülya Avşarın namizədliyi ilə bağlı ortaq qərar qəbul edib.
Onun sözlərinə görə, kino və musiqi sahəsindəki uğurları ilə tanınan, əslən Ardahanlı olan sənətçiyə yaxın günlərdə rəsmi təklif şəxsən təqdim olunacaq:
“Serhat Ardahanspora” artıq güclü qadın əlinin toxunmalı olduğuna inanırıq. Kino və musiqi dünyasındakı uğurları ilə uzun illərdir Türkiyənin qüruru olan həmyerlimiz Hülya Avşara klub prezidentliyi üçün rəsmi dəvət göndərəcəyik. İdarə heyətimizin qəbul etdiyi bu qərar maliyyə böhranı ilə mübarizə aparan komandamızın gələcəyi və brend dəyəri baxımından həyati əhəmiyyət daşıyır”.
Karakaya Hülya Avşarı doğma şəhərinin klubuna sahib çıxmağa çağırıb.
Banu