"Prens" qayıdır, üçüncü sezon bu kanalda olacaq - VİDEO

Məşhur komediya serialı “Prens”in 3-cü mövsümünün nə vaxt yayımlanacağı açıqlanıb.

Apr 16, 2025 - 15:59
"Prens" qayıdır, üçüncü sezon bu kanalda olacaq - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, yeni mövsümün ilk bölümü 9 may 2025-ci ildə yayımlanacaq.  

Serial artıq “Blue TV”də yox, yeni yaranmış “Max Türkiye” rəqəmsal platformasında izləyicilərinin görüşünə gələcək.

Üçüncü mövsümdə “Qadınların hökmdarlığı” başlayacaq, yumoristik hadisələr və intriqalar davam edəcək. Serialda həmçinin Osmanlı İmperatorluğundan da bəhs ediləcək.

Yeni mövsümdə Binnur Kaya, Yiyit Özşener, Burcu Özberk, Burak Dakak kimi məşhur aktyorlar da rol alacaqlar.

Banu

Üçüncü sezonun treylerini təqdim edirik: