Kommunuist ideologiyasının təbliği cinayət hesab edildi - Çexiyada
Çexiya prezidenti Petr Pavel ölkənin cinayət məcəlləsinə kommunist ideologiyasının təbliğini cinayət hesab edən və onu nasist təbliğatı ilə bərabər tutan düzəliş imzalayıb.
SAVASHMEDİA.az bu barədə Euractiv portalına istinadən xəbər verir.
Yenilənmiş qanunvericilikdə “insan hüquq və azadlıqlarının boğulmasına və ya irqi, etnik, milli, dini və ya sinfi ədavətin qızışdırılmasına yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən” şəxslərə beş ilədək həbs cəzası nəzərdə tutulub.
Bu dəyişikliklər Çexiya tarixi institutlarının, o cümlədən Totalitar Rejimlərin Tədqiqi İnstitutunun çağırışlarından sonra həyata keçirilib.
Avropa Parlamentinin deputatı Katerjina Koneçnanın rəhbərlik etdiyi və hazırda “Yetər” adlı yeni seçki alyansının bir hissəsi olan Çexiya və Moraviya Kommunist Partiyası (KSČM) bu addımı siyasi motivli addım kimi pisləyib.
“Bu, KSČM-i qanundan kənara çıxarmaq və mövcud rejimi tənqid edənləri qorxutmaq üçün növbəti uğursuz cəhddir”, - deyə partiyadan bildirilib.
Bu partiyan hazırda parlamentdə heç bir mandata malik deyil, lakin son sorğular onun ittifaqının 5% səs topladığını göstərir. Bu isə oktyabr seçkilərində aşağı palataya qayıtmaq üçün kifayətdir.
Xatırladaq ki, may ayında Praqa məhkəməsi müəllim Martina Bednarjovu Rusiyanın Ukraynadakı hərbi cinayətlərini inkar etdiyinə görə şərti cəzaya məhkum etmişdi. Praqa 6-cı Dairə Məhkəməsi onun işinə üçüncü dəfə baxıb. Müəllimə iki dəfə bəraət verilib, lakin ikinci dəfə apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvar ayında isə Çexiya Ali Məhkəməsi hökmləri ləğv edərək işə yenidən baxılması üçün geri göndərib.
Xatirə SADİQ