Konqresmenlər Baydenə müraciət etdilər - “Polşaya icazə verin!”
ABŞ konqresmenləri Polşaya Ukrayna üzərindəki raketləri, xüsusən də Polşa hava məkanınına təhlükə yaradan raketləri zərərsizləşdirmək səlahiyyətinin verilməsi ilə bağlı prezidentə müraciət ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” portalı məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Co Vilson və demokrat üzvü Stiv Koen tərəfindən imzalanan məktubda bildirilib ki, Rusiyanın hibrid müharibəsini davam etdirməsinə - hava məkanını pozmağa, kritik infrastruktura hücum etməyə və demokratik təsisatları destabilləşdirməyə cəhd etməsinə baxmayaraq, ABŞ bu təhdidlərlə qəti şəkildə mübarizə aparmaqdan çəkinir: “Rusiyaya minimal nəticələrlə Alyansa qarşı müharibə aparmağa imkan verdik”.
Onların fikrincə, bu kontekstdə Polşanın Ukrayna üzərindən raketlərin tutulması və məhv edilməsi tələbi Ukraynaya dəstək mexanizmi və NATO sərhədlərinin ön xəttinin qorunmasına zəmanət verən mexanizm kimi zəruri və aktualdır.
Xatirə SADİQ