Kopenhageni dronlardan 10 ölkə qoruyacaq
Avropa İttifaqının (Aİ) Kopenhagendə keçirilən bugünkü sammitinin dronlardan qorunması prosesində 10 ölkə iştirak edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, pilotsuz təyyarələrlə mübarizə üzrə səylərə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Ukrayna, Polşa, Niderland, Norveç, İsveç və , Finlandiya dəstək verib.
Xatırladaq ki, keçən həftə naməlum dronlar Danimarka səmasında görünüb.
Xatirə SADİQ