“Macarıstan bu dəfə mane olmayacaq” – İddia
“Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzada biləcəklər və Macarıstan bu qərara mane olmayacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak “X” sosial şəbəkəsində yazıb.
“Deyəsən, cümə günü Aİ səfirləri Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaları altı ay müddətinə uzada biləcəklər. Macarıstan indiyədək tərəddüd (“lehinə” səsə görə - red.) edirdi. Lakin, deyəsən, ABŞ-nin yeni administrasiyası sanksiyaların qüvvədə qalmasını istəyir”, - deyə redaktor vurğulayıb.
Xatırladaq ki, Aİ hər altı aydan bir mövcud sanksiyaları yeniləyir və bunun üçün 27 üzv dövlətin yekdilliyi tələb olunur.
Xatirə SADİQ