Mansur Yavaş barəsində istintaq başladıldı - O da həbs olunur?

Ankaranın Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş barəsində istintaq başladılıb.

Nov 22, 2025 - 15:04
Mansur Yavaş barəsində istintaq başladıldı - O da həbs olunur?

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) konsert xərcləri ilə bağlı qanun pozuntusu iddialarına görə bələdiyyə sədri Mansur Yavaş və katibi Nevzat Uzunoğlu haqqında araşdırma aparılmasına icazə verib.

Onlar "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "nəzarət vəzifəsinə etinasızlıq" maddələri ilə ittiham olunacaqlar.

Məlumata görə, Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi (MASAK) və Hesablama Palatasının ilkin araşdırmalarına görə, Ankara Böyükşəhər Bələdiyyəsi 32 konsertin təşkili nəticəsində 154,4 milyon lirə (3,6 milyon dollar) məbləğində zərərə düşüb. İstintaq çərçivəsində sentyabrın 23-də aralarında keçmiş bələdiyyə rəsmiləri və konsert təşkil edən şirkətin vəzifəli şəxslərinin də olduğu 14 şübhəli saxlanılıb.

Şübhəlilərdən 5-i "mənimsəmə" və "dövlət qurum və ya təşkilatlarının tenderlərini saxtalaşdırmaq" ittihamları ilə növbətçi Sülh Cəza Məhkəməsi tərəfindən həbs olunub. 9 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, bu il martın 19-dan CHP-nin bələdiyyələrinə qarşı korrupsiya, rüşvət ittihamları ilə əməliyyatlar təşkil olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs edilib.

Banu