Gecə Ramiz Mehdiyevin səhhəti pisləşib - Həkim briqadası gəldi
Hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumat yayılıb.
SAVASHMEDİA.az gununsesi.info-ya istinadən xəbər verir ki, gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və ailəsi təcili olaraq özəl klinikadan həkim briqadası çağırıb.
İlkin tibbi yardım göstərildikdən sonra Mehdiyevin vəziyyətinin stabilləşdiyi bildirilir. Mənbələrin sözlərinə görə, o, tənəffüs problemlərindən əziyyət çəkir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və o, dövlət çevrilişinə cəhd ittihamı ilə istintaq altındadır.