Maskın davranışı Trampı hiddətləndirib - WSJ

ABŞ prezidenti Donald Tramp amerikalı milyarder İlon Masın onun vergi qanun layihəsini tənqid etməsindən narazıdır.

Jun 5, 2025 - 12:43
Maskın davranışı Trampı hiddətləndirib - WSJ

SAVASHMEDİA.az bu barədə “The Wall Stresst Journal” (WSJ) nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, üstəlik, Donald Tramp çaşqınlıq içindədir, çünki İlon Maskın onunla sıx əməkdaşlıq etdikdən sonra onu niyə tənqid etdiyini başa düşmür. 

Qeyd edilir ki, Trampın baş məsləhətçiləri də Maskın davranışından çaşıblar.

Mask, öz növbəsində, Ağ Evin onun müttəfiqi Jared Ayzekmanın  NASA administratoru vəzifəsinə namizədliyini rədd etməsindən qıcıqlanılıb.

WSJ-nin məlumatına görə, milyarder öz çevrəsindəkilərə şikayət edib ki, o, Trampın seçilməsinə kömək etmək üçün yüz milyonlarla dollar ianə edib, nəticədə isə Ayzekmanın namizədliyini aradan qaldırıblar. NASA epizodu ilə bağlı məyus olması Maskı vergi qanun layihəsini tənqid etməkdə daha da aqressivləşdirib.

Bundan öncə “Axios” yazmışdı ki, Ayzekmanla bağlı verilən qərar Maskın Trampın təşəbbüsünə hücum etməsinin bir neçə səbəblərindən biridir.

Xatirə SADİQ