Mayk Tayson ağır xəstəliyə tutuldu
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson ağır xəstəliyə, parkinsona tutulub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə yutuber, boksmu Ceyk Pol məlumat yayıb.
O bildirib ki, əfsanəvi boksçunun uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkdiyini deyib.
O, hətta iddia edib ki, ötən il noyabrın 16-da M.Taysona qarşı keçirdiyi görüşdən öncə rəqibi xəstəliyinə görə dərman qəbul edibmiş.
Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşmışdı.
Bəs əfsanəvi boksçunun da tutulduğu Parkinson xəstəliyi nədir?
Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində baş verir. Beyində dopamin istehsal edən hüceyrələr hərəkətlərin idarə olunmasından məsuldur.
Hərəkətlərdə yavaşlama, istirahət edərkən titrəmə, psixiatrik pozğunluqlarla özünü göstərən bu xəstəlik daha çox 60 yaşdan sonra insanlarda müşahidə edilir. Ancaq genetik səbəblərə görə 40 yaşlı insanlarda da rast gəlinə bilər.
Oğuz