"Mən Putinə bu imkanı verməyəcəyəm" - Zelenski "güzəşt olmayacaq" dedi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna ərazilərini bölməsinə imkan verilməyəcəyini deyib.

Aug 10, 2025 - 00:03
"Mən Putinə bu imkanı verməyəcəyəm" - Zelenski "güzəşt olmayacaq" dedi

SAVASHMEDİA.az xəbər verir ki, o, müharibənin yalnız ləyaqətli sülhlə başa çatmalı olduğunu bildirib.

"Putinin taktikasını hamı görür: o, sanksiyalardan qorxur və onlardan qaçmaq üçün hər şeyi edir. O, müharibəni torpaqlarımızın işğalının leqallaşdırılması ilə bitirmək istəyir. Putin ikinci dəfədir ki, Ukraynadan ərazi qəniməti qoparmağa çalışır.

Ona Krımı ələ keçirməyə icazə verildi və bu, Donetsk və Luqansk vilayətlərinin işğalına səbəb oldu. Qoşunları sərhədlərimizə cəmləyərkən o, qabaqlayıcı cəza almadı - bu, genişmiqyaslı müharibə və yeni ərazilərin işğalı ilə başa çatdı.

İndi Putin Xerson vilayətinin cənubunu, Zaporojyanı, bütün Luqansk vilayətini, Donetsk vilayətinin bir hissəsini və Krımı ələ keçirməsinə görə bağışlanmaq istəyir. Biz Ukraynanı parçalamaq üçün ikinci cəhdə imkan verməyəcəyik. Ona görə də bizim mövqeymizi dəyişməzdir. Biz müharibəni etibarlı təhlükəsizlik arxitekturasına əsaslanan ləyaqətli sülhlə bitirməliyik. Tərəfdaşlar bu işdə bizə kömək etməyə hazırdırlar”, - Zelenski vurğulayıb.

Oğuz