Məşhur türk müğənni atdan yıxıldı, yaddaşını itirdi - FOTO + VİDEO
Türkiyəli müğənni Pınar Yıldız xəsarət alaraq yaddaşını itirib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə klip çəkilişi zamanı baş verib.
Məşhur müğənni çəkiliş üçün Artvində dağlıq əraziləri seçib. Klipin bir neçə səhnəsində atla gəzməli imiş. Lakin çəkiliş zamanı atdan yıxılaraq özündən gedib. Ayıldıqdan sonra yaddaşını itirdiyi məlum olub. Yaddaşının bərpa olması günlər çəkib.
Müğənni səhhətində yaranmış problem səbəbi ilə çəkilişləri İstanbulda tamamlamaq məcburiyyətində qalıb.
Səhhəti ilə bağlı məlumat verən müğənni həmin günlərin çox çətin keçdiyini, hazırda isə yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Pınar Yıldız "Sevdam Hiç Tükenmez", "Aşk İçin", "İlk ve Sonsun" hitləri ilə məşhurlaşıb.
Banu