Milli Məclisdə qadınların pensiyasının artırılmasını tələb olundu - VİDEO

Milli Məclisdə keçirilən müzakirələr zamanı qadınların pensiya təminatı məsələsi qaldırılıb.

May 26, 2026 - 22:12
Milli Məclisdə qadınların pensiyasının artırılmasını tələb olundu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov çıxışı zamanı qadınların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı təklif irəli sürüb.

Deputat bildirib ki, ölkədə qadınlarla kişilərin əməkhaqları arasında müəyyən fərqlər mövcuddur. Onun sözlərinə görə, bu fərq gələcəkdə pensiya məbləğlərinə də təsir göstərir və qadınların daha aşağı pensiya almasına səbəb olur.

V.Bayramov qeyd edib ki, qadınların sosial rifahının yüksəldilməsi istiqamətində əlavə mexanizmlərin tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan o, qadınların pensiyalarının artırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib.

Oğuz