Myanma prezidentinin həbs orderi verildi

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Myanmanın müvəqqəti prezidenti Min Aun Hlaynin həbsinə order verilməsini istəyib. 

Nov 27, 2024 - 15:13
Myanma prezidentinin həbs orderi verildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Banqladeşdəki qaçqın düşərgəsində çıxış edərkən prokuror Kərim Xan bildirib ki, tezliklə Myanmanın digər siyasi liderləri barəsində də order istəyəcək: “Bununla biz tərəfdaşlarımızla birlikdə rohincalıların unudulmadığını nümayiş etdirəcəyik”.

Qeyd edək ki, Myanmanın müvəıqqəti prezidenti ölkənin müsəlman azlığına, Rohinca xalqına qarşı cinayətlərdə ittiham olunur.

Myanma əsasən buddist ölkədir. Lakin onun Pakistanla sərhədin yaxınlığında yerləşən Rakhayn ştatında müsəlmanlar da yaşayır. Hakimiyyət onları vətəndaş kimi tanımaqdan imtina edir və bunu onların əsasən qeyri-leqal miqrant olduqları ilə əsaslandırmağa çalışır.

Xatirə SADİQ