"Nadirin oğlunun toyuna 2 min manat yazdırdım" - Xatun
Müğənni Xatun Əliyeva maraqlı açıqlaması ilə diqqət çəkib.
SAVASHMEDİA.az xəbər verir ki, o, həmkarı Nadir Qafarzadənin oğlunun toyuna yazdırdığı məbləği açıqlayıb.
"Məclisə ailəmlə getmişdim. Sağ olsun, Nadir toyda bizə vip masa ayırmışdı. Nə olsun ki, o kişilərin imkanları var? Onları necə ailəmlə, anamla bir masada əyləşdirim? İçki içə bilərlər, nalayiq söz danışarlar. Ona görə masada təkcə özümüz idik. Toya da 2 min manat pul yazdırdım". (milli)