Rusiyanın bu şəhərində matəm elan olundu - Putinin doğum günündə
Yakutiyanın Pokrovsk şəhərinin Xanqalas inzibati mərkəzində matəm elan edilib və bu, Putinin doğum gününə təsadüf edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə şəhər meri Viktor Konstantinov öz Telegram kanalında yazıb.
Bu hadisə göyərtəsində Ukraynaya qarşı işğalçı müharibədə həlak olanların cəsədləri olan təyyarənin şəhərə enişindən sonra baş verib.
Respublikaya nə qədər cəsədin gətirildiyinə aydınlıq gətirməyən mer qeyd edib ki, oktyabrın 7-dən 9-dək şəhərdə bayraqlar yarıya endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq, məktəblərdə dərslər bir dəqiqəlik sükutla başlayacaq.
“7x7 – Horizontal Russia” telegram kanalı qeyd edir ki, Konstantinov hakim partiyadan deyil, “Yeni insanlar” partiyasının yetirməsidir.
Xatirə SADİQ