“NATO Nizamnaməsinin 4-cü maddəsinin işə düşməsini istəyirik” - Polşa
Şimali Atlantika Alyansı (NATO) bu gün Polşanın hava məkanına soxulan dronlarla bağlı insidenti müzakirə etmək üçün bir araya gələcək.
SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə NATO sözçüsü Əllison Hart bildirib.
İclasda NATO-nun təhdidlərə qarşı cavab tədbirləri nəzərdən keçiriləcəyi və müttəfiqlərin təhlükəsizliyinin təmin edilməsi üçün gələcək addımların müzakirə ediləcəyi gözlənilir. Alyans nümayəndələri vəziyyəti qiymətləndirmək və gələcəkdə analoji insidentlərin qarşısını almaq üçün koordinasiyalı tədbirlər barədə razılığa gəlmək niyyətindədirlər.
Bu arada Onet xəbər yayıb ki, Polşa NATO Nizamnaməsinin 4-cü maddəsinin işə düşməsini istəyir.
“4-cü maddə daha dərin əməkdaşlığa müqəddimədir və sözlər kifayət deyil. Biz məsləhətləşmələrin gedişində daha əhəmiyyətli dəstək gözləyirik. Bu, bizim müharibə deyil, bu, təkcə ukraynalılar üçün müharibə deyil, bu, müharibədir, Rusiyanın bütün azad dünyaya elan etdiyi qarşıdurmadır”, - deyə Polşanın baş naziri Donald Tusk bildirib.
Xatirə SADİQ