NATO Parlament Assambleyası Ukraynanın bu hüququnu tanıdı
NATO PA siyasi komitəsinin təklif etdiyi qətnamənin mühüm hissəsi Ukraynaya dəstək və Rusiyaya təzyiq tədbirləri ilə bağlıdır.
NATO Parlament Assambleyası (PA) Ukraynanın özünümüdafiə üçün Rusiya Federasiyasının arxa cəhbəsindəki hərbi obyektlərə zərbələr endirmək hüququnun və müvafiq vasitələrin təmin edilməsini tələb edən qətnamə qəbul edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu sənəd Kanadanın Monreal şəhərində keçirilən iclas zamanı dəstəklənib.
NATO PA siyasi komitəsinin təklif etdiyi qətnamənin mühüm hissəsi Ukraynaya dəstək və Rusiyaya təzyiq tədbirləri ilə bağlıdır.
Qətnamədə Niderlandda keçiriləcək NATO-nun növbəti sammitinə qədər müttəfiqlərin Rusiyaya qarşı ümumi strategiya hazırlaması çağırışı yer alıb.
Həmin bənddə Ukraynanın özünümüdafiə hüququ prinsipinə uyğun olaraq təcavüzkar ölkənin ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək hüququ tanınıb. Bu, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırılıb.
Bəndlərin birində ən qısa zamanda NATO-ya dəvət alması və alyansın 33-cü üzvü olması məqsədilə Ukraynaya yardım göstərilməsi, siyasi və praktiki səylərin gücləndirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bazar ertəsi Ağ Ev ilk dəfə olaraq Ukraynaya ABŞ-nin ATAMCS raketləri ilə Rusiya ərazisinə zərbələr endirmək icazəsinin verildiyiini təsdirləyib.
Bundan başqa, Böyük Britaniyanın baş naziri Kir Starmerin rəhbərliyi altında ilk dəfə Ukraynaya “Storm Shadow” raketlərinin təqdim edildiyi qeyri-rəsmi olaraq bildirilib.
Xatirə SADİQ