ATAMCS-lar Rusiyadakı hədəflərini vurdu – “yaralananlar var...”
Beş ATACMS raketi Kursk vilayətinin Lotarevka kəndi ərazisində yerləşən S-400 diviziyasını vurub.
SAVASHMEDİA.az “RBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin noyabrın 23-də baş verdiyi biıdirilir. Hərbi qurumun məlumatına görə, diviziyanı əhatə edən “Pantsir” hava hücumundan müdafiə raket sistemi tərəfindən üç raket məhv edilib, ikisi hədəfə çatıb.
Nəticədə xəsarət alanlar olub (onların sayı dəqiq deyil), radiolokasiya stansiyasına ziyan dəyib.
Digər insident noyabrın 25-də Xalino yaşayış məntəqəsi yaxınlığındakı “Kursk-Vostochnı” aerodromuna səkkiz ATACMS-ın endirildiyi zaman baş verib. “S-400 hava hücumundan müdafiə sistemi və “Pantsir” hava hücumundan müdafiə raket sistemi tərəfindən 7 raket vurulub, biri hədəfə çatıb. Raket fraqmentlərinin düşməsi nəticəsində iki hərbçi yüngül xəsarət alıb, infrastruktur obyektlərinə yüngül ziyan dəyib”, - Müdafiə Nazirliyi vurğulayıb.
Nazirlikdən bəyan edilib ki, vəziyyət nəzarət altındadır və cavab tədbirləri hazırlanır.
Xatirə SADİQ