"Öldürüb səhraya atacaqdılar, adını da qoyacaqdılar ki..." - Samirə 12 xalı qorxusundan verib? + VİDEO

Müğənni Samirə Əfəndinin Astanada keçirilən musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi və qucaqlaması onu qınaq obyektinə çevirib.

Nov 25, 2025 - 22:46
Nov 26, 2025 - 00:16
"Öldürüb səhraya atacaqdılar, adını da qoyacaqdılar ki..." - Samirə 12 xalı qorxusundan verib? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, müğənni Tarix Əliyevin “Tarixin bir günü” verilişində baş verənlərlə bağlı açıqlama verib.

"Mən orada düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!", - o açıqlamasında bildirib.

Həmin görüntüləri təqdim edirik: