"Onlar Trampın qarşısında "quyruqlarını bulayacaqlar" - Putin
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Donald Tramp öz xarakteri və əzmkarlığı ilə qısa müddətdə ABŞ-də nizam-intizam yaratmağa qadirdir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
Putin əlavə edib ki, Avropa elitaları sonda yeni vəziyyətə uyğunlaşacaq və ABŞ-nin yeni liderinin qarşısında “quyruqlarını bulayacaqlar”.
“Sizi əmin edirəm: Tramp öz xarakteri, əzmkarlığı ilə orada asayişi kifayət qədər tez bərpa edəcək”, - Putin deyib.
Oğuz