"Özündən qıl, tük günü çıxarıb nəsə almağımı istəyirsən" - Doğuş Xoşqədəmi TƏNQİD ETDİ - VİDEO
Müğənni Doğuş efirdə xanımı, aparıcı Xoşqədəm Hidayətqızıya etiraz edib.
SAVASHMEDİA.az xəbər verir ki, “Səni axtarıram” verilişində X. Hidayətqızı bir cütlüyü barışdırmaq istəyərkən Doğuş deyib:
“Onlar 9 ildir, bərabərdir, amma bircə qızıl üzük almayıb, barmağına taxmayıb. Sən ayın 20 gün mənə “qadınlar”, “qıl”, “tük” günü çıxardırsan. Bir dəfə nəsə almayanda dərhal başıma vurursan. Sənin dediyin yox, mənim dediyim düzdür. Bu sözlərimdən sonra bax belə donub yerində qalarsan”.