Paşinyan Azərbaycan xalqının Qurban bayramını təbrik etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirik. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayırıq", - deyə paylaşımda qeyd olunub.