Paşinyanın iştirak etdiyi iclasda dava

Nikol Paşinyanın da iştirak etdiyi Ermənistanın hakim “Mülki müqavilə” partiyasının iclasında əlbəyaxa dava olub. 

Jan 10, 2025 - 11:54
Paşinyanın iştirak etdiyi iclasda dava

SAVASHMEDİA.az erməni mənbələrinə istinadla xəbər verir ki, deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında toqquşma baş verib. 

Buna səbəb isə Hayk Sarkisyanın regionda meşələrin qeyri-qanuni şəkildə qırılması ilə bağlı çıxışı olub. Təhqirlərlə müşayiət olunan mübahisə davaya çevrilib.

Dava baş nazir Nikol Paşinyanın gözləri qarşısında baş versə də, o yaşananlara müdaxilə etməyib. Sadəcə dalaşanlara baxan Paşinyan bir müddət sonra iclas zalını tərk edib.

Oğuz