Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar bəyənildi – ABŞ Konqresi

ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Jan 10, 2025 - 11:58
Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar bəyənildi – ABŞ Konqresi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 

Məlumata görə, konqresmenlər bu addımı İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs orderinin verilməsinə cavab olaraq atıblar.

Sənəd məhkəmənin müdafiə olunan ABŞ şəxslərinin və onun müttəfiqlərinin təhqiqatına və ya mühakimə olunmasına yönəlmiş istənilən hərəkətinə qarşı sanksiyaları nəzərdə tutur. Qanun layihəsi, xüsusilə, ICC araşdırmaları ilə əlaqəli şəxslər üçün ABŞ-də əmlakla əməliyyatların, habelə onların vizalarının bloklanmasının və ləğvinin qadağan edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Nümayəndələr Palatası ICC sanksiyaları haqqında qanun layihəsini Konqresin son iclasında 247 səslə qəbul etmişdi. Əvvəlki Senat bunu dəstəkləmədiyindən indi Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar yenidən ona baxılması üçün qaldırıblar.

Hazirda qanun layihəsinin yekun səsvermə üçün Senata göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, ICC 2024-cü ilin noyabrında İsrailin baş naziri Benyamin Netanyahunu, İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı və “HƏMAS” terror qruplaşmasının bir neçə liderini hərbi cinayətlərdə ittiham edib və onların həbsinə order verib. 

Xatirə SADİQ