Pensiya artımlarının yeni qaydası kimlərə sərf etməyəcək? - 500 manat alırsınızsa...
Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Yeni mexanizm yüksək və aşağı pensiya alanlara fərqli təsir göstərəcək.
SAVASHMEDİA.az xəbər verir ki, Milli Məclisdə pensiyaların indeksləşdirilməsi mexanizminə dəyişiklik nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Təklifə əsasən, pensiyası orta aylıq əməkhaqqı həddindən aşağı olan şəxslərin pensiyası əvvəlki qaydada indeksləşdiriləcək. Bu həddi aşan pensiyaların isə müəyyən hissəsi daha aşağı əmsallarla artırılacaq.
Kimlərə sərf edəcək?
Pensiyası 1000 manata qədər olan şəxslər yeni qaydadan zərər görməyəcək. Çünki onların pensiyası açıqlanan 1 176,7 manatlıq orta aylıq əməkhaqqı həddindən aşağıdır və həmin məbləğlər üçün artımın tam indeksləşdirilməsi nəzərdə tutulur.
Məsələn, pensiyaya şərti olaraq 5 faiz artım tətbiq edilsə, 600 manat alan şəxsin pensiyası 30 manat artaraq 630 manat olacaq. Bu, yalnız nümunədir, rəsmi artım faizi deyil.
Kimlərə sərf etməyəcək?
Pensiyası 1 176,7 manatdan çox olan şəxslər üçün isə artımın hesablanması fərqli olacaq. Pensiyanın bu məbləği aşan hissəsinə daha aşağı əmsal tətbiq edilməsi nəzərdə tutulur.
Məsələn, 1 300 manat pensiya alan şəxsin pensiyasının 123,3 manatı müəyyən edilmiş həddi aşır. Həmin hissəyə aşağı əmsal tətbiq edilərsə, ümumi artım əvvəlki qayda ilə müqayisədə daha az ola bilər.
Beləliklə, yüksək pensiya alanların artımı nisbətən aşağı, həddən aşağı pensiya alanların artımı isə əvvəlki qaydada hesablanacaq.
Oğuz