Peskov Zelenskinin "bomba sığınacaqları" təhdidinə cavab verdi 

“Ukrayna prezidenti Volodimir Zelenski məsuliyyətsiz bəyanatlar və boş hədələrlə Qərb tərəfdaşlarına təsir etməyə çalışır ki, bu da sülhə nail olmaq istəyinin olmadığını nümayiş etdirir”. 

Sep 26, 2025 - 16:34
Peskov Zelenskinin "bomba sığınacaqları" təhdidinə cavab verdi 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov iddia edib. 

Ukrayna prezidentinin Rusiya hökumət rəsmilərinin “bomba sığınacaqlarının harada olduğunu bilməlidir” ifadəsinə münasibət bildirən Peskov hesab edir ki, bu cür bəyanatlar Kiyevin sülh deyil, müharibə haqqında düşünməkdə davam etdiyini göstərir.

“Zelenski, görünür ki, ailəsini dolandırdığı güman edilənləri – bu çörək verənlər isə indi avropalılar olmalıdır – özünün yaxşı və uğurlu döyüşçü olduğuna inandırmaq üçün çarəsiz səylərini davam etdirir. Buna görə də o, sağa-sola təhdidlər yağdırır, bu, kifayət qədər məsuliyyətsiz səslənir. Bu arada, cəbhədəki faktiki vəziyyət bunun əksini göstərir. Ukraynanın vəziyyəti və danışıqlardakı mövqeyi hər keçən gün pisləşir”, - deyə Kremlin sözçüsü iddia edib. 

Xatirə SADİQ