Kreml Qərbin xəbərdarlığını “məsuliyyətsizlik” adlandırdı

“Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozduğu təqdirdə vurulması təklifi məsuliyyətsizlikdir”.

Sep 26, 2025 - 16:25
Kreml Qərbin xəbərdarlığını “məsuliyyətsizlik” adlandırdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-nə deyib. 

Kremlin sözçüsü Rusiyaya qarşı hava məkanının pozulması ilə bağlı ittihamları rədd edərək, onları əsassız adlandırıb. 

“Heç bir inandırıcı sübut təqdim edilməyib. Biz israr edirik ki, bütün uçuşlarımız beynəlxalq qaydalara ciddi riayət edilməklə həyata keçirilir”, - deyə Peskov əlavə edib.

“NATO ölkələri yenidən qanun pozuntuları olduğunu iddia edib, hərbi addım atsalar, Moskvanın nə edəcək” sualına cavabında Peskov belə deyib: “Mən bu barədə danışmaq belə istəmirəm”.

“Bloomberg” dünən xəbər verib ki, Böyük Britaniya, Almaniya və Fransa səfirləri Moskvada keçirilən görüşdə Rusiya tərəfinə NATO ölkələrinin bu cür insidentlər zamanı güc tətbiq etməyə hazır olduqları barədə xəbərdarlıq ediblər

Xatirə SADİQ