Zelenski Venslə münasibətindən danışdı – “Dostum deyil, amma...”
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Cey Di Venslə olan münasibətinə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə “Axios”a müsahibəsində danışıb.
“Vens Tramp administrasiyasında onun ən böyük düşmənidirmi” sualına Zelenski belə cavab verib: “Xeyr, o, mənim ən yaxşı dostum deyil, amma düşmən də deyil”.
Amma Zelenski amerikalı vitse-prezidentin Ukraynanın yaxşı dostu ola biləcəyini də istisna etməyib.
“Sən Ukraynaya gəlməlisən. Ukraynanı sevirsən, ya yox, bu, sənin nöqteyi-nəzərindən, hisslərindən və sairdən asılıdır. Və mən düşünürəm ki, o, Ukraynaya gəlməlidir və o, Ukraynanı sevəcək”.
Xatirə SADİQ