Pezeşkiandan iranlıları üsyana çağıran Netanyahuya cavab
İran prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Benyamin Netanyahunun iranlılara müraciətlə "rejimə qarşı mübarizə aparsanız, su problemiinizi həll edəcəyəm" vədinə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, Netanyahunun vədini "boş" adlandıran İran prezidenti bunları deyib:
"Qəzzə əhalisini su və yeməkdən məhrum edən bir rejim indi İran xalqını su ilə təmin etmək istəyir? Bir yalandan başqa heç nə deyil".
Bundan əvvəl Netanyahu sosial şəbəkələrdə iranlıları küçələrə çıxmağa çağıraraq İrandakı su qıtlığı problemini həll edəcəyinə söz verib.
Oğuz