Polşanın baş naziri Trampın bəyanatında sətiraltı məna tapdı

Polşanın baş naziri Donald Tusk ABŞ prezidentinin Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarmaq şansının olduğu barədə bəyanatının sətiraltı mənasına diqqəti yönəldib. 

Sep 25, 2025 - 16:43
Polşanın baş naziri Trampın bəyanatında sətiraltı məna tapdı

SAVASHMEDİA.az xəbər verir ki, Tusk bu barədə X sosial şəbəkəsində yazıb. 

Polşanın baş naziri hesab edir ki, əksəriyyət bu bəyanatla bağlı xoşagəlməz həqiqəti görməyib.

“Prezident Tramp bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ərazilərini geri ala bilər. Lakin bu gözlənilməz nikbinliyin arxasında ABŞ-nin cəlb olunmasının azaldılması və müharibənin sona çatması üçün məsuliyyətin Avropanın üzərinə qoyulması gizlənir. Həqiqət illüziyadan daha yaxşıdır”, - deyə Tusk vurğulayıb.

Xatirə SADİQ