"Prezidentə onları da əfv etmək səlahiyyəti verilsin" - MM-də müzakirə

Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub.

Dec 20, 2024 - 13:19
"Prezidentə onları da əfv etmək səlahiyyəti verilsin" - MM-də müzakirə

SAVASHMEDİA.az xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiyaları əldə etmək haqqında qanun qəbul etməyi təklif edirəm”, - parlamentari bildirib.