Putin prezident olduğu müddətdə mühakimə olunmayacaq - “Euronews”

Qərb ölkələrinin Ukraynaya qarşı təcavüz cinayətini araşdırmaq üçün Avropa Şurası əsasında Haaqada yaratmağı planlaşdırdıqları xüsusi tribunal Rusiya prezidenti olaraq qaldığı müddətdə Vladimir Putini mühakimə edə bilməyəcək.

Apr 11, 2025 - 12:48
Putin prezident olduğu müddətdə mühakimə olunmayacaq - “Euronews”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə adı açıqlanmayan iki avropalı məmura istinadən “Euronews” məlumat yayıb.

“Putin prezident olaraq qaldıqca, tribunal ona qarşı qiyabi dinləmələrə belə başlaya bilməyəcək. Belə bir proses yalnız o, vəzifəsini tərk etdikdən sonra mümkündür”, - Avropa məmurlarından biri deyib.

Mənbələrin sözlərinə görə, eyni toxunulmazlıq Rusiyanın baş naziri Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrova da şamil olunacaq.

“Bu yüksək vəzifəli məmurların məhkəmə araşdırması yalnız onların fiziki olaraq məhkəmə zalında iştirakı təqdirində baş tuta bilər. Bu, az inandırıcıdır. Çünki  Rusiya Ukraynaya təcavüzü cinayət kimi tanımır və Qərb tərəfdaşları ilə əməkdaşlıqdan qəti şəkildə imtina edir”, - deyə telekanal vurğulayıb.

Xatirə SADİQ