"Putinin niyə belə etdiyini bilmirəm" - Tramp
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna ilə münaqişəni dayandırmaq istəmədiyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə görüşdə Tramp Putinlin onu məyus etdiyini bir daha bəyan edib:
"Çünki mənim Putinlə olduqca yaxşı münasibət var idi. Ola bilsin ki, onlar hələ də var. Onun bu müharibəni niyə davam etdirdiyini bilmirəm”, - Tramp əlavə edib.