Putinin Uitkoffla görüşü 3 saatdır davam edir
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü təxminən üç saatdır ki, davam edir.
SAVASHMEDİA.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, görüşün bitmə vaxtı hələ açıqlanmayıb.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edir.
Aytən