"Putinlə Trampın görüş yerini razılaşdırdıq" - Yuri Uşakov
"Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəliblər".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, prezidentlərin harada görüşəcəkləri ilə bağlı təfərrüatlar az sonra açıqlanacaq.
"Sammit üzərində iş indi başlayıb. Dövlət başçılarının görüşünün yeri də razılaşdırılıb, bir az sonra elan olunacaq. Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsinə dair prinsipial razılıq əldə olunub”, - diplomat bildirib.
Oğuz