Sürücünün ürəyi tutubmuş, qəzada ölən şəxlərin ADLARI

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.

Aug 7, 2025 - 11:43
Sürücünün ürəyi tutubmuş, qəzada ölən şəxlərin ADLARI

SAVASHMEDİA.az-ın məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Qəzada vəfat edən şəxslərin adları:

Şəadət Bayramov (1992)

Bəsti Nəbiyeva (1975)

Aydın Pənahov (1977)

Qızxanım Tomayeva (1962)

Kənan Məmmədov (2008)

Fəxriyyə Novruzova (1978)

Arif Bağıov( 1966)

Xəsarət alan şəxslər:

Şahniyar Pənahova (1975)

Kamran Məmmədov  (1969)

Nərmin Əliyeva (2004)

Məcid Qəribov (1995)

Bəkinaz Gözəlova (1970)

Vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir. Qəza “Mercedes Sprinter” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib.