Qaxda uşaq bağçasının işçiləri qəzaya düşdü, 7 yaralı
Qax rayonunda baş vermiş yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, dünən saat 22:20 radələrində Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsilə səbəbilə 7 nəfər (qadın) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda vurğulanıb.