"Qadın ərinə şillə vurusa..." - Peskov Makronu qınadı
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit Makron arasında təyyarədə baş vermiş insidentə münasibət bildirib.
O deyib ki, qadın ərinə heç vaxt səbəbsiz yerə şillə vurmaz.
Bu barədə Peskov jurnalist Pavel Zarubinin məsələ ilə bağlı şərh istəməsinə cavab olaraq bildirib.
"Bilirsiniz, mən yenə də əminəm ki, Makron cütlüyünün ailə məsələlərini şərh etmək düzgün olmazdı", – o deyib.
"Digər tərəfdən isə, əgər bir qadın ərinə şillə vurursa, bu, heç vaxt səbəbsiz olmur. Amma bu, bizim işimiz deyil", – Kremlin nümayəndəsi əlavə edib. (musavat)