“Qarabağ” son yoxlama oyunlarında 11 qol vurdu
“Qarabağ”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, “köhlən atlar” sonuncu yoxlama oyununda Polşanın “Zaqlembe” komandası ilə qarşılaşıb.
Matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”dan Leandro Andrade, Abdullah Zubir və Joni Montiel fərqləniblər.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl Özbəkistanın “Neftçi” klubunu 5:0, Xorvatiyanın “Osiyek” kollektivini isə 3:1 hesabı ilə üstələyib.
Səlcuq