“Qətiyyətli tədbirlər görəcəyik” - Çin vədi
Çin hökuməti ABŞ prezidenti Donal Trampın 104% tariflərinə qarşı qətiyyətli tədbirlər qəbul edəcəyini vəd edir.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
“ABŞ Çinə təzyiq göstərmək üçün tariflərdən sui-istifadə etməyə davam edir. Çin buna qəti şəkildə qarşı çıxır və heç vaxt bu cür zorakılığa yol verməyəcək”, - deyə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Tszyan bildirib.
XİN sözçüsü qeyd edib ki, Çin öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətli və təsirli tədbirlər görəcək.
Xatirə SADİQ