Qusman həmin xəbəri təkzib etdi - "Yalandır"

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Aug 4, 2025 - 22:45
Qusman həmin xəbəri təkzib etdi - "Yalandır"

SAVASHMEDİA.az xəbər verir ki, o, oxu.az-a açıqlamasında Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını bildirib.

"Bunların hamısı saxtadır", - deyə Qusman telefon danışığı zamanı qeyd edib.

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.