"Rusiya bizə başqa yol qoymadı, Trampın bir neçə variantı var" - Rubio hədələdi 

ABŞ dövlət katibi Marko Rubio "Fox News" radiosuna müsahibəsində Rusiya rəsmiləri ilə son təmasların Ukraynada atəşkəs istiqamətində irəliləyiş gətirmədiyini etiraf edub.

Jul 31, 2025 - 20:54
"Rusiya bizə başqa yol qoymadı, Trampın bir neçə variantı var" - Rubio hədələdi 

SAVASHMEDİA.az-ın xəbərinə görə, Rubio Moskva ilə təmasların nəticə verəcəyinə ümidini itirdiyini deyib:

"Diplomatik cəhdlərə baxmayaraq, Rusiya tərəfi nizamlanmaya maraq göstərmir və Ukrayna şəhərlərinin bombalanması davam edir. Amma ABŞ prezidenti Donald Trampın təzyiqi artırmaq üçün bir çox variantları var.  Buraya Rusiyanın neft ticarətinə qarşı ikinci dərəcəli sanksiyalardan tutmuş, sektor və bank məhdudiyyətlərinə qədər geniş tədbirlər daxildir. Biz bundan qaçmağa və sülhə gedən yol tapmağa çalışırıq, lakin sonsuza qədər səbr etmək fikrimiz yoxdur".

Oğuz