Rusiyanın 810-ci briqadası Ukraynaya daxil oldu - Putin hücum əmri verdi
Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub.
SAVASHMEDİA.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin 810-cu briqadasının hərbçilərinin Kursk vilayətində Ukrayna ilə dövlət sərhədini keçməsi barədə ona məruzə edilib.