Rusiya təyyarəsi Moskvada qəzaya uğradı - Ölənlər var

Moskva Regionlararası Nəqliyyat Prokurorluğu bu gün günorta saatlarında Moskva vilayətinin Myaçkovo aerodromunun ərazisində baş verən yüngül mühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb. 

Feb 6, 2025 - 18:54
Rusiya təyyarəsi Moskvada qəzaya uğradı - Ölənlər var

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə qurumun rəsmi Telegram kanalında məlumat verilib.

"İlkin məlumata görə, bu gün günorta saatlarında Myaçkovo aerodromunun ərazisində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb", - məlumatda deyilir.

Faciənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Xatırladaq ki, R-2002 Sierra təyyarəsi Ramenski rayonunda təlim uçuşu həyata keçirirdi . İki nəfər - bir kursant və bir pilot təlimatçı həlak olub.