Venesuelanın daha bir gəmisi vuruldu - Donald Tramp
ABŞ silahlı qüvvələri bu gün səhər saatlarında Venesuelaya məxsus daha bir narkokartel gəmisini batırıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə öz “Truth” sosial şəbəkəsində yazıb və videonu yayıb.
Tramp bildirib ki, Ali Baş Komandan kimi onun tapşırığına əsasən, hərbi nazir Venesuela yazınlıqdakı beynəlxalq sularda “terrorçu narkotik ticarəti təşkilatı ilə əlaqəsi olan” gəmiyə ölümcül zərbə endirilməsinə əmr verib.
Kəşfiyyat təsdiqləyib ki, gəmi narkotik vasitələr daşıyırdı, qanunsuz narkotik ticarəti şəbəkələri ilə əlaqələrə malik idi və məlum narkotik ticarəti marşrutu ilə getdiyini təsdiqləyib. Zərbə beynəlxalq sularda endirilib və gəminin göyərtəsində narkotik alverində şübhəli bilinən 6 kişi-narkoterrorçu öldürülüb. ABŞ hərbçiləri xəsarət almayıblar, - deyə Tramp əlavə edib.
Aytən İbrahimova