Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu 

Xəzər dənizində 3.5 maqnitudalı daha bir zəlzələ olub.

Apr 8, 2026 - 18:55
Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 51 km olub.

Xatırladaq ki, gün ərzində baş barmiş ilk zəlzələnin ocağı  Lənkəran şəhərindən 58 km məsafədə olmuş və Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.