Pentaqon rəhbəri Müctəbaya "eybəcər" dedi - "Heç vaxt nüvə silahları olmayacaq"
ABŞ-nin hərb naziri Pit Heqset İran müharibəsi və mümkün razılaşmalarla bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, İranı dünya üçün "47 illik təhlükə" adlandıran Pentaqon rəhbəri bu məsələnin məhz Donald Tramp tərəfindən həll olunduğunu bildirib.
"Budur son, məsələ həll olundu. Digər prezidentlər bu problemi ya həll edə bilmirdilər, ya da sadəcə həlli gecikdirirdilər. Prezident Tramp İran məsələsini həll edərək tarixə düşdü. ABŞ-nin digər heç bir prezidenti bu mövzuda Tramp qədər cəsarət və qətiyyət göstərmədi", - Heqset vurğulayıb.
O, daha sonra danışıqlar prosesinin mümkün nəticələrindən bəhs edib.
"İranla anlaşma əldə edəcəyimizə inanıram. Amma bunun əksi baş verər və İran şərtlərimizi rədd edərsə, bu ölkədəki növbəti hədəflərimiz elektrik stansiyaları və körpülər olacaq”, - deyə nazir bildirib.
Heqset həmçinin İranın Ali Rəhbəri Müctəba Xameneinin səhhətindən də danışıb: "Müctəba Xamenei ağır yaralanıb. Yalnız onu əlavə edim ki, o, hazırda eybəcər haldadır".
ABŞ müdafiə naziri bildirib ki, "Epik Qəzəb" əməliyyatı çərçivəsində İrana 800-dən çox zərbə endirilib və bu ölkənin müdafiə sənayesi tamamilə məhv edilib.
"Bağlanan Hörmüz boğazı indi açıqdır və ticarət baş tutacaq. Şərtimiz budur ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bütün nüvə materialları müsadirə olunacaq və ölkə bu məqsədlə 24 saat nəzarət altına alınacaq".
Oğuz