İstanbulda Halk tv-nin iki jurnalisti saxlanıldı - FOTO

İstanbulda jurnalistlər Murat Ağırel və Timur Soykan bu gün səhər saatlarında evlərində saxlanılıb.  

Apr 10, 2025 - 12:47
İstanbulda Halk tv-nin iki jurnalisti saxlanıldı - FOTO

SAVASHMEDİA.az bu barədə Türkiyənin “Sözşü” qəzetinə istinadən xəbəbr verir. 

Nəzarətə alınan Timur Soykan Bayrampaşa Dövlət Xəstəxanasında sağlamlıq müayinəsinə aparılarkən, “Quldur dəstələr uduzacaq, xalq qazanacaq. Bütün bunlar bitəcək” deyib.

Murat Ağırelin vəkili Enes H. Ermaner prokurorluğun müvəkkillərinin ifadə verməyə gələcəklərini bildiyi halda saxladığını bildirib. “İfadə vermək üçün görüş təyin edən və öz istəkləri ilə ifadə verməyə gəldiyi bilinən şəxslərin həbsdə saxlanması qanuna zidd olmaqla yanaşı, həm də Düşmən Cəza Hüququnun olduğunu açıq şəkildə göstərir”, - deyə vəkil əlavə edib.

İstanbul Cümhuriyyət Prokurorluğu jurnalistlər Soykan və Ağırelin saxlanma səbəbini açıqlayıb. 

Açıqlamaya görə, Murat Ağırel və Timur Soykan  əmlakın yuyulması cinayətləri ilə bağlı aparılan istintaqda şübhəli qismində yer alıblar. Onlardan şikayəti isə Flaş Haber TV adlı televiziya kanalı edib. Jurnalistlərin telekanalın dövr edilməsi və satın alınması ilə bağlı təhdid və şantajdan istifadə etdikləri iddia olunub. 

“Müvafiq şəxslərə aid edilən hərəkətlərlə bağlı TCK-nın 106/1 (Təhdid) və 107/1 (Şantaj) maddələri çərçivəsində istintaq başladılıb, şübhəlilər barəsində tutulma, axtarış və götürmə əməliyyatları ilə istintaq davam etdirilir”, - deyə prokurorluqdan bildirilib.
 
Nəşr xatırladıb ki, “Pozitifbank”, “Payfix” və “Flash TV”nin sahibi Erkan Kork qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Korka məxsus şirkətlərin idarəçiliyi də TMSF-ə ötürülüb. Təşkilatın rəhbəri olduğu iddia edilən Erkan Korka məxsus “Göktuğ Multimedia” Nəşriyyat Korporasiyasına daxil olan “Flash Haber TV” televiziya kanalı da bağlı olduğu şirkətlə birlikdə ələ keçirilib.

“Reuters” qeyd edib ki, Soykan və Ağirel araşdırmaları, hökumət siyasətinə və dövlət institutlarına tənqidi münasibəti ilə tanınır. Hər iki jurnalist prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə müxalif mövqe tutan Halk TV-də çalışır. Onlar dövlət strukturları ilə mafiyanın əlaqəsi olduğu iddia edilən bir neçə kitabın müəllifləridir və bundan əvvəllər də jurnalist fəaliyyətlərinə görə hüquqi təzyiqlərə məruz qalıblar.
Agentlik xatırladıb ki, Türkiyə polisi martın 24-də 10 jurnalisti saxlayıb. Türkiyədə jurnalistlərə hüquqi dəstək verən Media və Hüquq Araşdırmaları Dərnəyinin məlumatına görə, jurnalistlər İstanbulda və digər şəhərlərdə İstanbul meri Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.

Xatirə SADİQ